Bakıda cəzaçəkmə müəssisəsində qiyam baş verib?

Penitensiar Xidmətin Bakıda yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insidentin baş verməsi barədə Facebook-un Azərbaycan seqmentində məlumat yayılıb.
Həmin məlumata görə, müəssisədə məhkumlardan biri özünə qəsd edərək, boğazını kəsib və hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Məhkumlardan bir neçəsinin də özünə xəsarət yetirdikləri bildirilir.
Bundan başqa müəssisənin işçiləri ilə məhkumlar arasında münaqişə yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb. Xəsarət alanlar arasında cəzaçəkmə müəssisəsinin yüksək rütbəli əməkdaşlarının da olduğu bildirilir.
Qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı da deyilir.
İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir.
Məsələ ilə bağlı Penitensiar Xidmətin rəsmisi Mehman Sadıqov bildirir ki, yayılan məlumatlar əsassızdır.
"Mənə bir neçə media təmsilçisi müraciər edib. Onlara da bildirdim ki, bu feyk xəbərdir", - Mehman Sadıqov bildirib.
İnsident zamanı xəsarət alan müəssisə əməkdaşlarından birinin deputat Aqil Abbasın bacısı oğlu ədliyyə mayoru Sunay Bəxşəliyevin olduğu bildirilir.
Aqil Abbas həqiqətən Sunay Baxşaliyevin dayısı olduğunu və onunla bağlı hər hansı insidentin yaşanmadığını deyib.
"Sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır. Mənim bacım oğlunun adı Sunay Bəxşəliyevdir. Məlumatlarda isə Sunay Məmmədov qeyd olunub. Ancaq onun adı Sunay Baxşəliyevdir. O sağ-salamtdır", - deputat bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























