• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yasamal rayonu sakinləri ilə görüşdülər

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yasamal rayonu sakinləri ilə görüşdülər
20.05.2022 20:02
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və 17 saylı Yasamal 3-cü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyev birgə şəkildə  sakinlərlə səyyar görüş keçiriblər. Görüş 150 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal Rayon  İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonunun  təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak etdilər.


"Açıq mikrofon” formatında keçirilən və sakinlərin böyük maraqla qarşıladıqları bu görüşdə çıxış edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.Görüş zamanı Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Yasamal sakinlərinin problemlərini həll etmək məqsədilə yerli icra və qanunverici hakimiyyət nümayəndələri arasında əməkdaşlıq çox faydalıdır.Səyyar qəbul zamanı vətəndaşlar Sovetski kimi tanınan ərazinin dövlət ehtiyacları üçün satın alınması, qəzalı evlər problemi, ehtiyacı olan insanlar üçün sosial yardım və digər məsələlər qaldırdılar. İcra başçısı Elşad Həsənov sakinlərin müraciət və təklifləri ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verdi, bir sıra müraciətlər isə nəzarətə götürüldü. İki saata yaxın davam edən qəbulda vətəndaşlar İcra başçısı və deputata istədikləri sualları verərək ətraflı cavablar aldılar. Yasamal Rayon  İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə silsilə görüşləri davam edir.
 













www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol