• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 4 günlük iş rejiminə hazırdırmı?

Azərbaycan 4 günlük iş rejiminə hazırdırmı?
07.06.2022 18:15
2022-ci il yanvarın 1-dən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni qərar qəbul edərək 4,5 günlük iş rejiminə keçib. Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib. Hazırda Böyük Britaniyada 30 şirkət 4 günlük iş rejiminə keçməklə bağlı pilot layihə həyata keçirir. Azərbaycanın qonşu olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələ müzakirə edilir.
 
Bəs Azərbaycanda 4 günlük iş rejimi tətbiq oluna bilərmi və bunun hansı təsirləri ola bilər?
 
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Rüfət Quliyev bildirir ki, iqtisadiyyatı nəzərə alsaq, bu qanun üçün hələ tezdir.
 
"Qanunun qəbul olunması Azərbaycanın iqtisadiyyatından asılıdır. Özəl müəssisələrdə  insanların öz istəyindən asılıdır. Bu layihənin sonda necə olacağı hələki bilinmir. Amma təbiidir ki, həyata keçirilməsi, inkişafı bir çox ölkələr üçün maraqlıdır. Azərbaycanda istirahət və bayram günləri normaldır. Nə çox bayram deyil, nə çox tətil deyil. İnanmıram ki, yaxın gələcəkdə Azərbaycanın buna ehtiyacı olsun. Özəl müəssisələrin əməkdaşları razı olsalar bu formatda işləməyə normal haldır. Bu cür şirkətlərdə nəqliyyatda vaxt itkisi, elektik enerjisi, suya qənat və s. hallar düşünülür. Bəzi şirkətlər hətta yemək qənaətini belə düşünür", - deputat söyləyib.
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin deputatı Məlahət İbrahimqızı bildirir ki, Mili məclisdə bununla bağlı müzakirə hələki yoxdur.

 
"Biz kim nə təklif irəli sürürsə, onun arxası ilə qaçası deyilik. Bu qərar dövlətin iqtisadiyyatından asılıdır.  Bu qərarın  əlehinə deyilik. Amma bu mövzu ekspertlər, beynəlxalq araşdırmalarla müzakirə olunmalıdır.Elə olmalıdır ki, nə şiş yansın,nə kabab. Onsuzda dünyada böhran vəziyyəti var. İndiki halda bu uyğun qərar sayılmır", deputat vurğulayıb.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı da düşünür ki, Azərbaycanda bu haqda danışmaq mənasızdır.

"Biz heç 5 günlük iş sisteminə keçə bilmirik. O da qalsın 4 günlük. İnsanın 5-6 gündə gördüyü işi 4 gündə bitirməsi mümkün olan sahələrdə həyata keçirmək olar. Amma, ölkəmizdə bəzi iş sahələrində insanların 10-12, hətta, 13-14 saat işlədiyi yerlər var. Belə olan halda, 4 günlük iş rejimindən danışmaq real deyil. Əmək Məcəlləsi kağız üzərindədir, faktiki olaraq, yerinə yetirilmir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gözünün önündə milyonlarla insan belə işlədilir. Səhər getdiyimiz dükana, kafeyə axşam saat 10-da 11-də yenə getsək eyn işçini görə bilərik. Bu göz qabağında real qanun pozuntusudur. Ona görə də 4 günlük iş həftəsi bizdə xəyal olaraq qalır", - sosioloq  bildirib.
 
Bəzi qurumlara 4 günlük iş rejiminə keçməklə bağlı münasibət almaq istəsək də mövzuya münasibət bildirməkdən imtina etdilər. 

Dörd günlük iş ilk dəfə 1950-ci illərdə ABŞ-da müzakirəyə çıxarılıb. 1954-cü ildə hətta prezident Nikson, insanlara dörd günlük iş həftəsini vəd edib. Sonra bu ideya unudulub və yalnız 1970-ci illərdə yada düşüb. Belə ki, 1971-ci ildə korporativ menecment məsləhətçisi olan Riv Pur, "iş və istirahət inqilabı haqqında” "4 gün, 40 saat” adlı kitabını nəşr edib. O yazırdı ki, dörd günlük iş həftəsi, işçilərin effektivliyini və şirkətin mənfəətini artıracaq. Pur hesab edir ki, gündə 10 saat olmaqla, iş həftəsi 4 gündən ibarət olmalıdır. Əvvəlki dövrlərdən fərqli olaraq, müasir yanaşma iş saatlarının azaldılmasını nəzərdə tutur. Bu mövzunu əhatə edən təcrübələr, dünya üzrə bir sıra şirkətlər tərəfindən daim keçirilir. Ən sonuncu və uğurlu eksperimentlərdən biri 2018-ci ildə keçirilib. Belə ki, Yeni Zelandiyada işçilərin dördgünlük iş rejimi ilə bağlı araşdırma keçirilib. Beləcə, 2018-ci ilin noyabrında Yeni Zelandiyanın "Perpetual Guardian” kampaniyası dünyada dördgünlük iş rejiminə keçən ilk şirkət olub. Bununla da onlar həftəlik iş saatlarını 37,5-dən 30-a qədər azaldıblar.

Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol