“Nə istəyirsiniz məndən?!” - Şəfiqə Məmmədova

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qanunsuz parkinqin rəhbərlik etdiyi ittifaqa məxsus olması xəbərinə münasibət bildirib.
Xalq artisti Modern.az-ın əməkdaşının qanunsuz parklanma barədə sualına "Mən məşğulam. Nə istəyirsiniz məndən?! Hər şeyi bilirəm, sakit olun”, - açıqlamasını verib.
Bakının Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında çoxillik ağaclar kəsilərək yerində qanunsuz parkinq yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığını, məsələnin Prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü açıqlayıb. Həmçinin bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib