• $
  • €
  • ₽
  • ₺
  • £

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi dərslik hazırlanıb

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi dərslik hazırlanıb
07.06.2022 17:27
Xəzərin Şüvəlan ərazisində 4 nömrəli Respublika Xususi internat məktəbinin  tədris işləri üzrə direktor müavini Yeganə Məmmədəliyev sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi dərslik hazırlayıb. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
 
Müavin bildirir ki, bu ilin sentyabrında ikinci sinif şagirdləri üçün dərsliklər işıq üzü görəcək.
 
"Eyni zamanda ikinci siniflər üçün iş dəfərləri də hazırlamışıq. Artıq üçüncü siniflər üçün də materiallar toplanır. Bu dərsliklər təkcə uşaqlar üçün deyil, eyni zamanda valideynlər üçün də asan olacaq"- müavin bildirib.
 
Uşaqların Müdafiəsi İdarəsinin rəisi  Həbib Kərimov söyləyir ki, dərsliklər hazırlamamışdan öncə işçi qrupu müxtəlif ölkələrin, Rusiya, Türkiyə, Avropa ölkələrinin təcrübəsi nəzərə alınıb.
 
''Hazırda çalışan müəllimlərin hər biri ibtidai sinif müəllimləridir. Onlar artıq bilirlər ki, uşaqlar hansı materialı daha çox qavraya bilirlər və s. Eyni zamanda beynəxaq təcrübəni də nəzərə alaraq sadələşmə prosesi aparmışıq''- Kərimov bildirib.

 
4 nömrəli Respublika Xususi Internat  məktəbi 1961 ci ildən fəaliyyət göstərir.  Məktəb 2015- ci ildən sökülərək yenidən bərpa edilib. Müəssisə 106 uşaq üçün nəzərdə tutlub.
 
Aytac Zeynalova
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol