Məktəbə hazırlaşan uşaqların hazırlaşmaq üçün bir seçimi olacaq

Birinci sinifə gedən uşaqlar öncədən hazırlıq kursuna getməlidir, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev məktəbəqədərtəhsil müəssisələrinə uşaqların qəbul prosesi ilə bağlı sualları cavablandırarkən deyib.
Valideyn öz övladını uşaq bağçasında məktəbəhazırlıq qrupu varsa ora, ya da gələcəkdə birinci sinfə qoymaq istədiyi məktəbdə məktəbə hazırlıq qrupuna qoya bilər. Lakin valideynin yalnız bunlardan birini seçmək imkanı var, ikisini də seçə bilməz.Övladını uşaq bağçalarının məktəbəhazırlıq qrupuna qoymaq istəyən valideyn müəllimi və qrupu özü seçə bilməyəcək. Bununla bağlı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək", - şöbə müdiri əlavə edib.
Əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.
Əmrdə Təhsil İnstitutuna "Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























