• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank sədrinin yeni 1-ci müavini və müavini kimdir? - DOSYE

Mərkəzi Bank sədrinin yeni 1-ci müavini və müavini kimdir? - DOSYE
08.06.2022 13:03
Prezidentin bu gün Azərbaycan Respublikası Mərkəzi Bankına sədrin birinci müavini və müavini təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
 
Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankı sədrinin birinci müavini, Əliyar Qəhrəman oğlu Məmmədyarov isə sədrin müavini təyin edilib.

Bu təyinatadək Rəşad Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü, baş direktor vəzifəsini tuturdu.

Əliyar Məmmədyarov isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, Sədrin müşaviri vəzifəsində çalışırdı.

Yeni vəzifəyə təyinat alan Rəşad Temraz oğlu Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb. 2000-2004-cü illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində işləyib. 2004-2006-cı illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib. 2006-2008-ci illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 2008-2011-ci illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.
 
2011-ci ilin iyununda Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib.

2019-cu ilin sentyabrda Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

***
 
Əliyar Məmmədyarov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
 
1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.
 
2001-2004-cü illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib.
 
2004-2006-cı illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində çalışıb.
 
2006-2007-ci illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.
 
2012-ci ilin fevralında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

2008-2016-cı illərdə Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləyib.
2016-cı ilin mayında Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə təyin edilib. 
 
2017-ci ilin sentyabrda 2019-cu ilin aprel ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.
 
Milli Məclisin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol