“Kapital”ın ixtisar olunmuş versiyası dərc olunub

Azərbaycanda Karl Marksın "Kapital” əsərinin "konspekt” adlanan ixtisar olunmuş versiyası nəşr olunub. Kitabın tərtibçısı iqtisadçı jurnalist Rafiq Məmmədlidir.
Bu, kitabın işlənmiş və əlavələr olunmuş ikinci nəşridir. Kitabın tərtibatı daha da sadələşdirilib, məzmunun əsas prinsipial yerləri qalın şriftlərlə verilib.
Tərtibçi 1200 səhifədən artıq olan əsərin orijinalının ən əhəmiyyətli və prinsipial yerlərini seçib məzmunu dəyişmədən konspektləşdirib. Nəticə etibarilə daha çox siyasi iqtisad dərsliyini xatırladan bu kitabla indi daha çox adam tanış ola bilər.
320 səhifədən ibarət kitabda ilk dəfə olaraq orijinalda olan bütün arxaik sözlərin və xüsusi terminlərin də izahları verilib.
«Konspekt» ilk dəfə 2017-ci ildə işıq üzü görüb.
N.Təbrizli
www.anews.az
























