• $
  • €
  • ₽
  • ₺
  • £

"Azpetrol" Suqovuşanda səyyar yanacaqdoldurma məntəqəsi AÇACAQ

"Azpetrol" Suqovuşanda səyyar yanacaqdoldurma məntəqəsi AÇACAQ
08.06.2022 15:11
"Azpetrol" şirkəti Suqovuşan kəndi ərazisində  modul tipli səyyar yanacaqdoldurma məntəqəsi açacaq, bu barədə anews.az-ın sorğusuna  şirkətin mətbuat katibi Ülviyyə Hüseynova  elektron poct vasitəsilə verdiyi cavabda  bildirib. 
 
"Hazırda "Azpetrol” şirkəti tərəfindən Suqovuşan kəndi ərazisində  modul tipli səyyar yanacaqdoldurma məntəqəsinin quraşdırılması gündəmdədir. İşğaldan azad olunmuş digər ərazilərdə həm səyyar, həm stasionar tipli yanacaqdoldurma məntəqələrinin planlaşdırması üzrə  işlər davam edir", - mətbuat katibi bildirib.
 
"Azpetrol" şirkəti 1997-ci ildən fəaliyyət göstərir.
 
Hazırda şirkətin 91 yanacaqdoldurma məntəqəsi (YDM), 4 maye qazdoldurma məntəqəsi (QDM ), 4 STQ tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 1 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 17 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.
 
Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə "Azpetrol"un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilib. Hazırda şirkətdə  3200-dən çox işçisi var.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol