Azərbaycan Rusiyaya Laçın yolu ilə bağlı etiraz edib

Laçında rus sülhməramlılarının yaratdığı problem Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə hərəkət edən avtomobillərin gediş-gəlişini ciddi əngəlləyirlər. Bu son günlər xüsusi müşahidə olunur, bu barədə hüquqşünas Ərşah Hüseynov
öz sosial hesabında yazıb.
"İki ay bundan əvvələ qədər sülhməramlılar sadəcə onların "müvəqqəti nəzarət zonası"ndan keçərkən bizi müşayiət edirdilər, uzaq başı kənardan maşınlarımıza baxırdılar ki, nə var, nə yox. İndi isə yoxlama prosesini daha dərinləşdiriblər. Bunu hər iki istiqamətə gedəndə edirlər. Nəticədə insanlarımız xeyli vaxt itirir, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri açmağa məcbur olurlar və s. Yurdlarımıza heyvandarlıq və arı təsərrüfatlarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq lap ciddi problemə çevrilib. Təsəvvür edin ki, həmin "yoxlama" səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalır. Bu səbəbdən mal-qara və arıların tələf olması halalrı da baş verir”, - hüquqşünas bildirib.
Ərşad Hüseynovun fikrincə, sülhməramlılar Laçına qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün sadəcə süni əngəl yaradırlar.
"Təcili sürətdə dövlət qurumlarımız bunun qarşısını almalıdır. Həmin sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur və ola bilməz. Həm də insanlarımız onların "müvəqqəti məsuliyyət zonası"nı dayanmadan keçməlidilər”, - Hüseynov vurğulayıb.
Hərbi ekspert Üzeyir Cəfərov artıq bu məsələ ilə bağlı Rusiya tərəfinə xəbərdarlıq edildiyini bildirib.
"Artıq Azərbaycan Rusiyaya öz etirazını bildirib. Rusiyanın Azərbaycandakı səfirliyinə rəsmi qaydada bildirilib ki, bu cür yoxlamalar aparmaq Azərbaycan tərəfinə qarşı edilən haqsızlıqdır. Hətta həmin sülhməramlılar Azərbaycan Müdafiə Nazirliyinə aid maşınları da yoxlayır. Azərbaycan tərəfi humanistlik edib heç bir kobudluq göstərmir. Rusiya tərəfi anlamalıdır ki, onlar bizim ərazidə müvvəqəti yerləşib, biz onların ərazisində yox. Əgər vəziyyət bu cür davam etsə Azərbaycan tərəfi lazım olan addımları atacaq”, - ekspert söyləyib.
Üzeyir Cəfərov onu da bildirib ki, gələn ay Laçın rayonunun sülhməramlıların yerləşdirilməsi üçün yeni yol təhvil veriləcək və sülhməramlıların indiki olduğu yol Azərbaycanın nəzarətində olacaq.
"Hazırda həmin yolun çəkilməsi ilə bağlı son işlər gedir. Yaxın zamanda təhvil verilməsi planlaşdırılıb. Təzə açılan yola sülhməramlılar nəzarət edəcək. Hazırkı yola isə Azərbaycanın Hüquq Mühafizə orqanları,Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi,Dövlət Gömrük Xidməti birgə nəzarət edəcək. Nəticədə ermənilərin Qarabağa gediş-gəlişi azalacaq”, - Cəfərov bildirib.
www.anews.az

2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat əsasında Qarabağda və Laçın dəhlizində Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. İmzalanan bəyanatın 3-cü bəndinə əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib. Sülhməramlılar 5 il müddətində Qarabağ ərazisində iki ölkə arasındakı vəziyyətə nəzarət edəcək.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib