• $
  • €
  • ₽
  • ₺
  • £

Laçına çəkilən alternativ yol gələn ay təhvil veriləcək

Laçına çəkilən alternativ yol gələn ay təhvil veriləcək
08.06.2022 16:22
Laçın şəhərinə daxil olmadan  yeni alternativ avtomobil yolu əvvəl nəzərdə tutulduğundan iki ay qabaq təhvil veriləcək, bunu anews.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu yolun 2022-ci ilin sentyabrında istifadəyə buraxılacağını bildirmişdi. 
 
"Yeni təhvil veriləcək yola sülhməramlılar yerləşdiriləcək və hazırda sülhməramlıların olduğu və Laşın şəhərindən keçən yol isə Azərbaycanın nəzarətində olacaq. Həmin yola Azərbaycanın Hüquq Mühafizə orqanları, Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Dövlət Gömrük Xidməti birgə nəzarət edəcək. Nəticədə ermənilərin Qarabağa gediş-gəlişi azalacaq. Hazırda həmin yolun çəkilməsi ilə bağlı son işlər gedir. Yolun iyulda təhvil verilməsi nəzərdə tutulub", - Cəfərov söyləyib.
 
Yeni avtomobil yolunun tikilməsinə 2021-ci ilin iyulunda başlanılıb. Yolun  uzunluğu əvvəl 23 km nəzərdə tutulsa da sonradan  32 km-ə qədər uzadılıb. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2,5 (5 m) metr təşkil edəcək. Podratçı  şirkət "37 №-li Yİ" MMC, subpodratçı isə Polad şirkətidir. Bu yolda işlərin başa çatması 2022-ci ilin sentyabrında nəzərdə tutulsa da gələn ay təhvil verilməsi planlaşdırılır.
 
Gülnar Nazimqızı
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol