• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ və Şərqi Zəngəzurda TV yayım kanalları AYRILDI

Qarabağ və Şərqi Zəngəzurda TV yayım kanalları AYRILDI
08.06.2022 17:16
Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb. Bu barədə Audiovizual Şura qərar qəbul edib.

Belə ki, Şura ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə qərar verib.

Qərara əsasən, aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılıb:

Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-dan 47-ci TV yayım kanalı (maksimal şüalanma gücü 40 dBVt olmaqla);

Zəngilan rayonu ərazisində yerləşən "Mincivan" avtomatik RTYS-dan 43-cü TV yayım kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);

Qubadlı rayonu ərazisində yerləşən "Xanlıq" avtomatik RTYS-dan 26-cı TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);

Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" RTYS-dan 43-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);

Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" avtomatik RTYS-dan 23-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla).

Siyahıda qeyd olunan radio-televiziya yayım stansiyalarından ayrılmış TV yayım kanallarından yayım həyata keçirəcək ümumölkə və regional (Şərqi Zəngəzur və Qarabağ bölgələri üzrə) yerüstü televiziya yayımçıları həmin radiotezliklərdən istifadə üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat verməlidirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol