• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərdən Laçına yüksəkgərginlikli elektrik xətti çəkilir - VİDEO

Kəlbəcərdən Laçına yüksəkgərginlikli elektrik xətti çəkilir - VİDEO
09.06.2022 22:00
Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün "AzərEnerji” tərəfindən genişmiqyaslı işlər həyata keçirilir.


"AzərEnerji”dən  verilən məlumata görə, 2021-ci ildə istismara verilən "Kəlbəcər” yarımstansiyasından Laçın rayonunun Qorçu kəndinə 42 km məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilir.


Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xəttinin trassası üzrə xüsusi buzlaşma əraziləri də nəzərə alınmaqla hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılır.


Ağır tonnajlı dayaqların daşınması üçün xəttin trassası üzrə yol salınmaqla yanaşı bütün maneələr dəf edilir. 110 kilovoltluq xəttin üzərindəki ildırım ötürücü trosun içərisində 24 damarlı fiber optik kabellə internet xətti çəkilir.  Paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir.


Laçında yeni tikilən rəqəmsal yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılacaq.  Sistem əhəmiyyətli "Qorçu” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq və bunun üçün tikilməkdə olan idarəetmə binasında mikro-SCADA sistemi yaradılacaq. Yeni yarımstansiya Laçında tikiləcək Hava limanı, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə Laçında tikiləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol