• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda biznesə çevrilən qəbir daşları

Azərbaycanda biznesə çevrilən qəbir daşları
09.06.2022 17:23
Azərbaycanda məzar daşlarının  qiyməti 2 dəfə bahalaşıb. Bu barədə məzar daşları biznesi ilə məşğul olan Rəsul Fərzəliyev  anews.az-a söyləyib.
 
Fərzəliyev bildirir ki, hazırda qəbir daşlarının hazırlanmasında dörd növ materialdan istifadə edilir -  adi daş, ağ daş (aqlay, - red),  ağ və qara mərmər.

"Ağ daş, adi daşlar və ağ mərmər Azərbaycanda istehsal olunur. Daşlar arasında ən bahalı sayılan qara mərmər isə Ukrayna, Çin və digər ölkələrdən gətirilir. Azərbaycanda ən ucuz qəbir daşı ağ daşdan hazırlanır və  qiyməti 650 manatdan başlayır. Ağ mərmərdən hazırlanan qəbir daşlarının qiyməti 1200 manatdan başlayır. Ən bahalı daş növü sayılan qara mərmərin qiyməti isə müxtəlifdir. Ən ucuzu 2200 manatdır. Daha böyük ölçülü qara mərmər daşlar isə daha bahadır", - sahibkar vurğulayıb.
 
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputatı Cavanşir Paşazadə söyləyir ki, məzar daşlarının ucuz ya da baha olması qanunla tənzimlənmir.
 
"Qəbirüstü abidələrin hansı materialdan hazırlanması  hər bir vətandaşın öz istəyindən asılıdır. Şəriətə görə, insan sağlığında hansı çəkidə daş qaldıra bilibsə onun qəbirüstü abidəsinin daşı da o çəkidə olmalıdır. Bəzi yerlərdə sadə, bəzi yerlərdə isə dəbdəbəli məzar daşları quraşdırılır. Bizim cəmiyyətdə daha çox "qonşudan geri qalma" prinsipinə üstünlük verilir. "Qonşuda dəbdəbəlidir, məndə niyə olmasın?" və s kimi düşünənlər var", - deputat vurğulayıb.
 
Qəbir daşları zavodunda işləyən işçinin dediyinə görə, onlara hətta 50 min manatlıq qəbir daşı sifariş verən olub.

"Əvvəllər daha çox ağ mərmər daş sifariş edirdilərsə, son vaxtlar qara mərmər sifariş verənlər daha çoxdur. İnsanlar kimdə nə görürsə onu etməyə çalışır. Büdcəyə baxan yoxdur. Daşın ölçüsü, forması, üzərində həkk olunacaq əl işləri və yerləşdiriləcək şəkilin ölçüsü qiymətə təsir edir. Ağ daşın üzərinə  şəkillər mərmər daşdan hazırlanan lövhə üzərində  vurulduğundan şəkilin ölçüsündə asılı olaraq qəbirüstü abidənin qiyməti dəyişir", - işçi söyləyib.
 
Atasını itirən İhamə Aslanova vurğulayır ki, məzar daşı və qəbirüstü abidəni gün şüasından qorumaq üçün quraşdırılan çardağa 10 mindən çox pul xərcləyib. 
 
"Bu qədər çox xərc etməyimizin səbəbi atamın kənd yerində tanınan biri olması idi. Atam neçə illərdir bu kənddə söz sahibi olub. Kimin nə dərdi olsa, atamın yanına gələrdi. Biz də ailə olaraq düşündük ki, atamıza layiqli bir qəbirüstü abidə qoyaq. İmkanımızı nəzərə alaraq bunu etdik", - Aslanova bildirib.

İlahiyyatçı Hacı Təyyar Hüseynlinin sözlərinə görə,  Azərbaycanda qəbirüstü abidələrinin hazırlanması xüsusi biznesə çevrilib. 
 
"Ümumiyyətlə ''Qurani-Kərim'' istənilən parametrlərdə israfçılığı qadağan edir. Qəbr daşlarının qoyulması xüsusi  bir qanunla tənzimlənmir. Daşın bahalı və ya ucuz olması hər hansı qanunda nəzərdə tutulmur. İslamda vacib odur ki, insan paklansın, kəfənlənsin, qəbrin üstünə sadə, ucuz abidə qoyulsun. Qəbirin məntiqi odur ki, insan cəsədi çürüyərkən yırtıcı heyvan, sel və s. meyiti üzə çıxarmasın.  Elə insanlar var ki, qəbir daşına on minlərlə pul xərcləyib, sənət əsərləri düzəldirlər. Bu Azərbaycanda qəbir daşları ilə bağlı biznesdir. İstənilən halda insanların maddi imkanları çox olanda özlərini kiməsə gostərmək istəyir. İnsan qəbirdə yatanı ilə öyünməz.  Türkiyə standartlarına uyğun sadə bir daş qoyulmalıdır'', - ilahiyyatçı vurğulayıb.
 
Naxçıvan Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarında Naxçıvan Muxtar Respublikasında bütün qəbirüstü abidələrin bir formada olacağı vurğulanıb.

 


 
Türkiyədə qəbir daşlarının qiyməti standartdır. Türkiyənin Adıyaman şəhərində başdaşı məlumatlarının rəqəmsallaşdırılması prosesinə başlanıb. Hətta başdaşıların arxa hissəsinə yerləşdirilən ştrixkod smartfonlarla skan edildikdə mərhum barədə məlumatlar və yaxınlarının istəyinə uyğun olaraq, foto və videolar sistemə yüklənir.
 
 
Aytac Zeynalova
 

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol