Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxsi TUTULDU

Şirvanda dələduzluq edən qadın saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verib və onun 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-yə məlumat vermələri xahiş olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























