• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi
09.06.2022 18:32
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 9-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edib.  Bu barədə Avropa məhkəməsinin rəsmi saytında məlumat yayılıb.
 
Qərarlar mülkiyyət, işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

Adil Dadaşov və Tural Hacıbəyli Azərbaycana qarşı Avropa Məhkəməsi hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq (Maddə 5.1) və ədalətli məhkəmə araşırması hüququnun (6.1 və 6.3) pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət əriziəçilərin hər birinə mənəvi zərər əvəzi 4000 avro, ikinci ərizəçinin təmsilçisinə hüquqi məsrəflərə görə 500 avro ödəməlidir.

Bu işdə birinci ərizəçi 2009-cu il tarixdə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahkar bilinib, üç sutkalıq inzibati həbs cəzasına məhkum olunmuşdu. İkinci ərizəçi də eyni əməldə günahlandırılıb, cəzalandırılmışdı. Ərizəçilər polisdə saxlanılarkən su, yemək, yataq verilmədiyini, pis rəftara məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə olunduğunu iddia edirdilər.

Ərizəçiləri AİHM qarşısında vəkil Aqil Layıc və Ruslan Mustafazadə təmsil edib.

Bu işdə Avropa Məhkəməsi ərizəçilərin şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Hökumət ərizəçilərə mənəvi zərərə və məsrəflərə görə, ümumilikdə 7094 avro təzminat ödəyəcək.

Ərizəçilər Həsənəli Əliyev, Rüxsarə Əliyeva, Anar Əliyev, Emin Əliyev və Rəmzi Əliyev iddia edirdilər ki, hərbi xidmətdə olarkən Naxçıvan şəhərindəki hərbi qəsəbədə onlara dövlət hesabına verilmiş mənzildən çıxarılmaları qanunsuz olub. Ərizəçilər AİHM qarşısında mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququnun pozuntusunu qaldırmışdılar.

Ərizəçiləri vəkil Sadiq Bağırov və Nemət Heydərov təmsil edib.
 

Məhkəməyə qədər həbsin qanunsuzluğu mübahisələndirilən bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3500 avro ödəyəcək.
Ərizəçi vəkil Əkrəm Həsənov tərəfindən təmsil olunub.


Bu iş Müsavat Partiyası fəalı olan ərizəçinin məhkəməyə qədər həbsinin qanunsuzluğu iddiaları ilə bağlı idi. AİHM hökumətin təqdim etdiyi, iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannaməyə əsasən, ərizəni baxılacaq işlərin siyahısından xaric edib. Hökumət ərizəçiyə 3500 avro ödəməlidir.
Ərizəçini AİHM-də vəkil Nemət Kərimli təmsil edib.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol