Milli Qəhrəmanın anası vəfat edib

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) anası Məhluqə Məhərrəmova vəfat edib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
www.anews.az
O, bu gün gecə saatlarında 89 yaşında vəfat edib.
Fred Asif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib. Həmin ilin martın 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyub.
O, 1994-cü ildə vərəmdən vəfat edib. Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib. Asif Məhərrəmova "Fred” ləqəbini 1970-ci illərdə onun yoldaşları Ağdamın "Dostluq” kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred” filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.
7 dekabr 1992-ci il ildə Məhərrəmov Asif Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı” adı verilsə də, o, bu addan imtina edib. Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra ümummilli lider Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa edib və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























