Şagirdlərin qrup seçimi üzrə faizləri açıqlanıb

2021-ci ilin məzunlarının V ixtisas qrupu üzrə ixtisasların müsabiqəsində buraxılış imtahanının nəticələri əsasında iştirak etmək imkanı olmuş və onlar əlavə imtahan verməyib. Bu barədə Dövlət İmtahan Mərkəzinin Abituriyent 12 jurnalında qeyd olunub.
Həmçinin 2021-ci ilin məzunları ali təhsil müəssisələrinə qəbul kompaniyasında ilk dəfə iştirak etdikləri üçün onların iştirakı dövlət büdcəsi tərəfindən maliyyələşdirilib.
Qeyd olunan səbəblərə görə 2021-ci ilin məzunları ərizələrində həm də V ixtisas qrupunu seçib, halbuki faktiki olaraq onların bir çoxunun bu qrupa aid olan
ixtisaslara maraqları çox az olub və yaxud heç olmayıb.İxtisas seçimi mərhələsində abituriyentlərin cəmi 19.26%-i (oğlanların 23.74%-i, qızların 15.20%-i) V qrupa daxil olan ixtisasları öz
ərizələrində qeyd edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























