Rezidenturaya qəbul olanların sayı açıqlanıb

2021 ci ildə İxtisas seçimində iştirak etmiş namizədlərdən 417 nəfər rezidenturaya qəbul olub. 2021-ci ildə imtahanın I mərhələsində iştirak edənlərdən 573 nəfər əsas (baza ali) tibb təhsili istiqamətləri üzrə imtahanın II mərhələsində iştirak etmək hüququ qazanmış və onlardan 510 nəfəri imtahanın II mərhələsində iştirak etmək üçün ərizə verib. Bundan başqa, 2020-ci ildə rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edərək "məqbul” alan 304 nəfər də II mərhələdə iştirak etmək üçün ərizə vermiş və ümumilikdə II mərhələdə iştirak etmək üçün ərizə verənlərin sayı 814 nəfər olub.İmtahanın II mərhələsində 810 nəfər iştirak edib və bu namizədlərin çoxu (545 nəfər) müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Müsabiqənin nəticələri internet və "Rezidentura” jurnalının 4-cü nömrəsində ictimaiyyətə açıqlanıb.
2021-ci ildə rezidentura səviyyəsinə qəbul DİM tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilib. Rezidenturaya qəbul qaydaları və qəbul elanı, baza və ixtisas fənləri üzrə qəbul proqramları, namizədlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının elmi-metodiki izahı və tövsiyələr,
test tapşırığı nümunələri və digər zəruri məlumatlar "Rezidentura” jurnalının 2021-ci il tarixli 1-ci və 2-ci nömrələrində çap olunub. Qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, qəbul aparılan ixtisaslar və plan yerləri haqqında məlumatlar, rezidenturaya qəbul imtahanının Ι mərhələsinin nəticələrinin ötən illə müqayisəli təhlili və tövsiyələr, 2020-ci ildə rezidenturaya qəbul müsabiqəsində formalaşmış keçid balları və digər elmi-metodiki materiallar jurnalın 3-cü nömrəsində dərc edilib.
2020-ci ildə rezidenturaya qəbulla bağlı müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib. Belə ki, imtahanın I mərhələsinin nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilib, imtahandan 40 və daha çox bal toplayan əsas (baza ali) tibb təhsilli namizədlər "məqbul” alaraq imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıblar. Bundan başqa, imtahanın I mərhələsində "məqbul” alanların nəticəsi 5 (beş) il qüvvədə qalır, yəni onlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Rezidenturaya qəbulun I mərhələsinə əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (III, IV və V kurs) tələbələr də buraxılıblar. Bu imtahandan "məqbul” alan tələbələr isə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar. 2021-ci ildə ilk dəfə olaraq, namizədlərə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələdə) iki dəfə iştirak etmək hüququ verilib. Qəbul imtahanının I mərhələsinin 1-ci cəhdindəiştirak etmək üçün ərizələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 4-dək, 2-ci cəhdində iştirak etmək üçün isə iyulun 16-dan 22-dək internet vasitəsilə aparılıb. Rezidenturada təhsil almaq üçün 1673 namizəd ərizə verib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























