İçərişəhərin qala divarını yazan şəxs saxlanılıb

Bakıda İçərişəhərin qala divarını yazan şəxs saxlanılıb. Bu barədə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məlum hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi müraciəti əsasında araşdırma aparılıb.
Səbail Rayon Polis İdarəsinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində əməli törədən şəxsin 26 yaşlı Bakı sakini S.Q (şərti ad - red.) olduğu müəyyən edilib. Bildirilib ki, məsələ barədə lazimi hüquqi addımlar atılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























