Cəbrayıldakı qəzada ölən şəxs bu şirkətin əməkdaşı imiş

Ötən gün axşam saatlarında Cəbrayılda ağır yol qəzasının baş verməsi barədə xəbər vermişdik.
Saat 18 radələrində rayonun Qumlaq kəndində baş vermiş qəzada vəfat edən 1983-cü il təvəllüdlü, Ağdaş rayon sakini Əliyev Zamiq Oqtay oğlu "Turkuaz Construction” şirkətinin əməkdaşı olub. Onun idarə etdiyi "Niva” markalı minik avtomobili də həmin şirkətə məxsus olub.
Zamiq Əliyevin idarə etdiyi "Niva” və R.İsayevin idarə etdiyi "Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























