• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məktəbin heç bir şagirdi ali məktəbə qəbul olmayıb

Bu məktəbin heç bir şagirdi ali məktəbə qəbul olmayıb
10.06.2022 12:59
Bakıdakı 152 saylı tam orta məktəbin məzunlarından heç biri ali məktəbə qəbul olmayıb.  Bu barədə "Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.

2021-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 20157 şagird bitirib və onların 20082 nəfəri buraxılış imtahanında iştirak edib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 10073 məzunu (imtahanlarda iştirak edənlərin 58.89%-i) tələbə adını qazanıb. Onların 58.83%-i (5926 nəfəri) dövlət, 2.68%-i (270 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 29.11%-i (2932 nəfəri) dövlət, 9.38%-i (945 nəfəri) isə özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul olub.

 Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.

Qəbul imtahanlarında 306 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı "Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol