Azərbaycanda təbii qaza görə ödənişlər 14 % artıb

Bu ilin yanvar-mayında "Azəriqaz" İstehsalat Birliyinin satdığı qaza görə ödəniş səviyyəsi 101,02 % olub.
Bunu "Azəriqaz"ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,3 % çoxdur: "Əhali sektoru üzrə ödəniş səviyyəsi 99,48 % olub ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 2 % azdır.
Qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 102,87 % olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 % çoxdur".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























