Əczaçılıq məhsullarının satışı artıb

2022-ci il yanvar-mayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 445,3 milyon manat xərclənib. Bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 25,8% və ya 91,4 milyon manat çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
Bu ilin aprel göstəricisi ilə müqayisədə may satışlarının həcmi 37,6% və ya 28,6 milyon manat artaraq 104,6 mln. manat təşkil edib.
Bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,2 faiz bəndi çoxdur.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























