• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda lisey və gimnaziyaların göstəciləri açıqlandı

Azərbaycanda lisey və gimnaziyaların göstəciləri açıqlandı
10.06.2022 15:30
2021-ci ildə liseyləri 2523 şagird bitirib və onların 2518 nəfəri buraxılış imtahanında iştirak edib.Bu barədə DİM jurnalının 12-ci sayında məlumat verilib.
 
 
Liseylərin məzunlarının buraxılış imtahanında topladıqları orta bal tədris dili fənni üzrə 64.80-ə, riyaziyyat fənni üzrə 51.52-yə, xarici dil fənni üzrə 70.43-ə, hər üç fənn üzrə birlikdə topladıqları orta bal isə 190.25-ə bərabər olub.
 
Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 40.64%, 73.97%, 74.46%, 64.12% yuxarıdır. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 5.83%-i 30 və daha az, 47.11%-i 30-70 intervalında, 47.06%-i 70-dən çox bal toplayıb.
 
Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq, 30.62%, 36.78% və 32.61%, xarici dil fənni üzrə isə 8.94%, 31.02% və 60.05% olub.
 
Ümumilikdə 2517 nəfər attestat alıb. Attestat alanların 67.14%-i (1690 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 36.55%-i (920 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Qəbul imtahanlarının nəticələrinə əsasən liseylərin 1231 məzunu (imtahanlarda iştirak edənlərin 66.61%-i) tələbə adını qazanıb. Onların 66.53%-i (819 nəfəri) dövlət, 1.95%-i (24 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 26.00%-i (320 nəfəri) dövlət, 5.52%-i (68 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul olub. Liseylərin məzunlarının 517 nəfəri 500-dən, o cümlədən 219 nəfəri 600-dən yuxarı bal toplayıb.
 
Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.

Göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 3.02% (51 nəfər), 100-200 intervalında 13.43% (227 nəfər), 200-300 intervalında 16.80% (284 nəfər), 300-500 intervalında 36.15% (611 nəfər), 500-dən yuxarı 30.59% (517 nəfər).
 
Beləliklə, şəhərin abituriyentlərinin yalnız 66.75%-i 300-dən yuxarı bal toplayıb. Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 3.36%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 54.95%-dir. Qəbul imtahanlarında 49 liseyin məzunları iştirak edib. Landau School ümumi təhsil müəssisəsi MMC-nin Yasamal filialı, Bakı Fransız Liseyi, "Oxbridge Academy” ümumi təhsil müəssisəsi, Azerbaijan British College təhsil kompleksi, SABIS SUN Beynəlxalq məktəbinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib. ADA Universitetinin nəzdində "ADA” məktəbi abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır.
 
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi), Akademik Z.Əliyeva adına lisey, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Humanitar fənlər təmayüllü məktəb-lisey, Kimya-biologiya təmayüllü lisey, BDU-nun nəzdində "Gənc istedadlar” liseyi, Bakı Avropa liseyi, "Kaspi” liseyinin Xətai filialı, "Ankara Məktəbi” məktəb-liseyi, Kaspi liseyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev adına lisey, Hədəf liseyi MMC, T.İsmayılov adına "İntellekt” məktəb-liseyi (6 saylı məktəb), S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, İ.Əfəndiyev adına "Elitar” gimnaziya daxil olub.
 
Azərbaycan bölməsi: Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 400.191-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 45.3% yuxarıdır. Rus bölməsi: Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 353.271-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 25.2% yuxarıdır.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol