• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid anasına “oğlunuz sağdır” deyib 4 min aldı

Şəhid anasına “oğlunuz sağdır” deyib 4 min aldı
10.06.2022 16:54
Xaçmazda müəllim işləyən 37 yaşlı Nuranə Orucovanın bir sıra dələduzluq əməlləri üzə çıxıb.

Hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı onun həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vəd verdiyi məlum olub.

Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. O, vətəndaşlara qarşı ümumilikdə 20 min manat dələduzluq etməkdə təqsirli bilinir. 

Nuranə Orucovanın ən böyük dələduzluq əməllərindən biri isə şəhid anası Zabilə Musayevaya qarşı olub. O, Vətən Müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib. Şəhid anasını inandırıb ki, oğlu sağdır və əsirlikdədir. Nuranə Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə Zabilə Musayevadan 4000 manat pul alıb.

Nuranə Orucova istintaq müddətində vətəndaşlara vurduğu ziyanın 12 min manatını ödəyib. Onunla bağlı başlanılan cinayət işinin istintaqı tamamlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Fəhmin Hümbətov sədrlik edəcək.

Əliheydər Hüseynli Vətən Müharibəsinin sonuncu günü Xocavənddə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.(Kriminalqafqaz)
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol