• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda klip çəkilişi zamanı insident: Müğənni tutuldu

Bakıda klip çəkilişi zamanı insident: Müğənni tutuldu
10.06.2022 17:19
Bakının Nizami rayonunda klip çəkilişi zamanı insident baş verib.

Hadisə rayonun Ə.Vəliyev küçəsi 7A ünvanındakı çoxmərtəbəli binanın damında baş verib.

Belə ki, saat 22 radələrində gənc müğənni Nemət Mirzəyevin ifa etdiyi mahnıya klip çəkmək üçün çəkiliş qrupu həmin binanın damında səhnə qurub. İşıq və kamera avadanlıqları quraşdırıldıqdan sonra rejissorun dəvət etdiyi texniki çəkilişdə effektivliyin artırılması məqsədilə səhnəyə süni tüstü buraxılıb.

Binanın damında çəkilişin getməsindən xəbərsiz olan sakinlər tüstülənməni görərək təşviş keçiriblər və Fövqəladə Hallar Nazirliyinin "qaynar xətti”nə müraciət ediblər. Bir neçə dəqiqə sonra əraziyə yanğınsöndürmə briqadası və polis əməkdaşları gəliblər. Onlar binanın damına qalxdıqda orada 5 nəfərin səhnə qurub klip çəkdiklərini görüblər.

Damda icazəsiz klip çəkən və sakinlərin narahatlığına səbəb olan şəxslər saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparılıb.

Daha sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndəriliblər.
 
Nizami Rayon Məhkəməsinin qərarı ilə müğənni Nemət Mirzəyev, rejissor və digər 3 nəfərin hər biri 100 manat məbləğində cərimə ediliblər və məhkəmə zalından sərbəst buraxılıblar.Kriminalqafqaz

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol