• $
  • €
  • ₽
  • ₺
  • £

I və II Qarabağ müharibələrində Azərbaycanın 11 KİV işçisi HƏLAK OLUB

I və II Qarabağ müharibələrində Azərbaycanın 11 KİV işçisi HƏLAK OLUB
11.06.2022 11:40
I və II Qarabağ müharibələri nəticəsində Azərbaycanda media sahəsinə da ciddi zərər dəyib.
 
Bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyib.

"1990-cı illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə Azərbaycan KİV işçiləri cəbhə bölgəsində fəaliyyət göstərərkən həyatlarını itirib, fiziki xəsarətlər alıblar, sağlamlığına ciddi zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş azərbaycandilli  KİV redaksiyaları fəaliyyətlərini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıb. Təəssüf ki, bütün bu məlumatlar ötən 30 il müddətində dağınıq olub,  konkret statistik məlumat bazası  hazılanmayıb, beynəlxalq təşkilatların diqqətinə çatdırılmayıb. Bu dövrdə daha çox şəhid jurnalistlərimizin məsələsi qabardılıb. Amma xəsarət alan jurnalistlər və müharibə nəticəsində fəaliyyəti dayandırılmış KİV qurumları barədə məlumarlar sistemləşdirilməyib”.

M.Ələsgərlinin sözlərinə görə, əldə olunan məlumatlar belədir ki, I və II Qarabağ müharibələri dövründə Azərbaycanın 11 nəfər KİV işçisi cəbhə bölgəsində həyatını itirib.

"Onlardan 8 nəfəri jurnalist, 3 nəfəri KİV-də çalışan texniki işçi olub. 9 nəfər KİV işçisi fiziki  xəsarətlər alıb, sağlamlığına ciddi zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş 10  KİV redaksiyası fəaliyyətini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıb. Bu redaksiyalarda çalışmış 125 nəfər KİV işçisi də öz iş yerini itirib, köçkün düşüb. Biz bütün bu məlumatları toplayıb sistemləşdirdik. Yaxın günlərdə bütün bu məlumatların əks olunduğu saytın təqdimatı da olacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol