• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd evdən 113 minlik oğurluq etdi

Dörd evdən 113 minlik oğurluq etdi
11.06.2022 17:39
Bakıda Nərimanov rayonunda yerləşən mənzillərdən 113 min manatlıq oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən bir vətəndaş evdən 60.000 manat dəyərində qızıl-zinət əşyalarının və qiyməti 3000 manat olan xəz dərinin oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha 3 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən ümumilikdə 50.000 manata yaxın qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Araşdırmalarla oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq əməllərinə görə məhkum olunmuş Niyaməddin Əliyev saxlanılıb. Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı oğurladığı qızılların və digər əşyaların bir qismi gizlin saxlanc yerindən aşkar olunaraq maddi sübut kimi götürülüb. N.Əliyev izahatında etdiyi oğurluqları etiraf edib. 
Faktlarla bağlı cinayət işi başlanılıb. Niyaməddin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol