Formula-1 pilotlarının üçüncü məşq sessiyası başa çatdı

2022 Formula 1 Azərbaycan Qran-Prisində F1 pilotlarının üçüncü məşq sessiyası başa çatıb.
Belə ki, birinci məşq sessiyasında finişə ən qısa zamanda çatan pilot "Red Bull” komandasından Serxio Peres olub.
İkinci yerdə "Ferrari” komandasından Şarl Lekler, üçüncü yerdə isə "Red Bull” komandasından Maks Verstappen qərarlaşıb.
Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir.
Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
İyunun 10-da start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























