İcra hakimiyyətinin əməkdaşını "tok" vurdu

İyunun 11-i saat 13 radələrində Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Sərhad Sultanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan verilən məlumata görə, Yardımlı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən Sərhad Sultanov Viləş çayının Yardımlı şəhərindən keçən hissəsinin kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib