• $
  • €
  • ₽
  • ₺
  • £

İran İnqilab Keşikçiləri Qvardiyasının iki zabiti müəmmalı şəkildə ölüb

İran İnqilab Keşikçiləri Qvardiyasının iki zabiti müəmmalı şəkildə ölüb
13.06.2022 22:00
İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Aerokosmik Qoşunlarının iki zabiti Əli Kamani və Məhəmməd Abdus müəmmalı şəkildə ölüb.


"Report” "İranintl”ə istinadən xəbər verir ki, bu barədə qvardiyaya yaxın mənbələr bildirib.


İnqilab Keçikçiləri Qvardiyasının Mərkəz əyalətindəki qoşunlarının ictimaiyyətlə əlaqələr bölməsinin açıqlmasına əsasən Əli Kamani İranın Xomeyni şəhərində avtomobil qəzasında həyatını itirib. Açıqlamada o, şəhid adlandırılıb.


"Fars” xəbər agentliyi isə bildirib ki, Məhəmməd Abdus İranın Semnan əyalətində xidməti vəzifəsini icra edən zaman ölüb. O, da şəhid kimi təqdim olunub.


Lakin SEPAH zabitlərinin ölümünün təfərrüatı açıqlanmayıb.


Xatırladaq ki, son bir neçə ay ərzində İranın müxtəlif şəhərlərində SEPAH-ın bir neçə zabitinin müxtəlif səbəblərdən öldüyünə dair məlumatlar yayılıb. Hakimiyyət təmsilçiləri bir çox hallarda bu hadisələri İsrail kəşfiyyatı ("Mossad”) ilə bağlayırlar.


Qeyd edək ki, son 20 gündə nüvə alimi Əyyub İntizari və İnqilab Keşikçiləri Qvardiyası "Qüds” qolunun zabitlərindən Əli İsmayılzadənin də öldüyünə dair məlumat yayılmışdı.


SEPAH-ın Hərbi Hava Qüvvələri raket və kosmik missiyaların icrasına da məsuliyyət daşıyır. Onun komandanı Əmir Əli Hacızadədir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol