Vaqif Əsədovun vəzifəsini müvəqqəti olaraq bu şəxs icra edəcək

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini müvəqqəti olaraq baş inspektor, mayor Araz Əsgərli icra edəcək. Bu barədə anews.az-a Araz Əsgərlinin özü açıqlama verib.
O bildirib ki, prosedur qaydalarına əsasən, Vaqif Əsədovun səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək.
"Bəzi media qurumları bu tapşırığı təyinat olaraq qiymətləndirib. Lakin, bu vəzifə dəyişikliyi deyil. Vaqif Əsədovun yerinə kimin təyin olunacağı isə hələ ki məlum deyil. Bununla əlaqədar qərar olan kimi nazirlik rəsmi açıqlama yayacaq", - o bildirdi.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























