Kəlbəcərdə mineral su zavodu və “İstisu” sanatoriyası tikiləcək

Azərbaycan hökuməti Kəlbəcər rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) mineral su istehsalı zavodunun və müasir "İstisu” sanatoriyasının tikintisi üçün investorlara kömək etməyə hazırdır.
Mənbə qeyd edib ki, 1 litr mineral su istehsalı üçün elektrik enerjisi sərfi 1,12 kVt/saat, qaz sərfi isə 0,01 kubmetr təşkil edəcək.
"Hazır məhsulun istehsalı üçün karbon qazlı mineral-termal su, şüşə və plastik qab, qablaşdırma məhsulları və s. istifadə olunacaq. Hökumətin qiymətləndirmələrinə görə, "Yuxarı İstisu” yatağından gündəlik mineral su hasilatı 867 kubmetr, "Aşağı İstisu” yatağından - 748 kubmetr, "Keşdək” zonasından - 108 kubmetr həcmində qiymətləndirilir”, - deyə hökumətdən bildiriblər.
Layihənin əsas üstünlükləri aşağıdakılardır: yüksək kommersiya potensialı, bu yataqlardakı suyun qaz və kimyəvi tərkibinə, eləcə də yüksək temperaturuna görə digər ölkələrin yataqlarındakı sulardan xüsusi fərqi.
"Həmçinin mineral su yataqlarının yerləşdiyi ərazilər də geniş turizm imkanlarına malikdir”, - deyə mənbə əlavə edib.
Hökumətin məlumatına görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33%-i Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42%-i Laçının, 58%-i isə Kəlbəcərin payına düşür. Təkcə Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-ə yaxın mineral su yatağı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























