100 günlük müharibədə Rusiya neft və qazına görə təxminən 100 milyard dollar alıb

Ukraynada müharibənin ilk 100 günü ərzində Rusiya enerji ixracından 98 milyard dollar gəlir əldə edib. Tədarüklərin əsas hissəsi Aİ ölkələrinə həyata keçirilib. Finlandiyanın Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) bazar ertəsi dərc etdiyi hesabatda belə nəticələr var.
Araşdırmaya görə, Rusiya ixracının 61%-i Aİ-nin payına düşüb ki, bu da pul ifadəsində 60 milyard dollar təşkil edib. Əsas istehlakçı ölkələr Almaniya (12,1 milyard ödənilmiş) və İtaliyadır (7,8 milyard).
Rusiya neft və qazının Avropa İttifaqından kənarda əsas idxalçısı Çindir (12,6 milyard dollar).
İyunun əvvəlində Avropa İttifaqı Rusiya neftinin idxalını demək olar ki, tamamilə dayandırmağa razılaşdı və Avropanın Rusiyanın enerji resurslarından ciddi asılılığına baxmayaraq, bu ilin sonuna qədər Rusiya qazının istehlakını üçdə iki azaltmağa hazırdır.(BBC)
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib