• $
  • €
  • ₽
  • ₺
  • £

Vilyam Hacıyevin işi üzrə dəymiş ziyan 8 milyon manatdır

Vilyam Hacıyevin işi üzrə dəymiş ziyan 8 milyon manatdır
13.06.2022 16:32
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi aparılıb.

Ekspertlərin verdiyi rəylərdə Vilyam Hacıyevin icra başçısı olduğu müddətdə qurumlara ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənməməsi açıqlanıb.

Sabiq icra başçısının vəkili Elmar Kərimov yoxlama aktlarına etiraz edib. Vəkil aktda göstərilən rəqəmlərin təxmini yazıldığını deyib: "Təmir-tikinti materialları ilə bağlı məsələdə seçmə üsulundan istifadə olunub. İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev və digərləri seçmə üsulu ilə təxmini bir rəqəm çıxarıblar. Sürücünün izahatı ilə iki dənə maşın farasının dəyişməsinə görə rəqəm çıxarılıb".

Müdafiəçi elan olunmuş aktlarla bağlı vəsatət hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Prosesdə bildirilib ki, ümumilikdə Vilyam Hacıyevin işi üzrə dəymiş ziyan 8 milyon manatdır.

İclas iyunun 17-də davam etdiriləcək.

Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.(APA)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol