• $
  • €
  • ₽
  • ₺
  • £

Taleh Bağırzadənin səhhətinin pisləşdiyi bildirilir

Taleh Bağırzadənin səhhətinin pisləşdiyi bildirilir
13.06.2022 18:25
Qobustan həbsxanasında iyunun 3-dən aclıq etdiyi deyilən fəal Tale Bağırzadənin səhhətində problemlər yarandığı bildirilir. Bu barədə bu gün, iyunun 13-də Bağırzadənin müavini Elçin Qasımov "feysbuk” səhifəsində yazıb.

"Hacı qısa da olsa, telefon əlaqəsi saxlayıb. Dünəndən qızdırması var, bu biraz təhlükəli hesab olunur. O, Allahın təhqir olunmasına etirazla bağlı başlatdığı aclıq aksiyasını davam etdirir və bildirir ki, bu işin günahkarları cəzalanmayana qədər mübarizəsində əzmlidir. Taleh Bağırzadə bildirir ki, bütün narahatlığımız yalnız Allaha görə olmalıdır. Hər kəs enerjisini bu məsələnin həllinə  yönəltsin, nəinki onun aclığı dayandırmasına”, - Qasımov yazıb.
 
19 il həbsə məhkum edilən Tale Bağırzadə inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qaldığı iddia edərək etiraz aksiyasına başlayıb. O iddia edir ki, işgəncə zamanı  hüquq-mühafizə orqanlarının əməkdaşları Allahı təhqir edib. Bağırzadə tələb edir ki, onlar üzr istəməlidir.

Bağırzadənin lideri olduğu Müsəlman Birliyi Hərəkatının iyunun 12-də yaydığı bəyanatda deyilir ki, inancın təhqirinə yol verən polis işçilərinin cəzalanma tələbi ilə Bağırzadənin başladığı aksiyaya neçə-neçə siyasi və məhbəs həyatı yaşayan digər şəxslər qoşulub.

"Təəssüf ki, rəsmi dövlət orqanları inanca yönəli bu addımların günahkarlarını cəzalandırmaq əvəzinə müxtəlif bəhanələrlə mövzudan yayınmağa çalışır. Aclıq edənlərin durumunda narahatlıq isə hər ötən saat yüksələn xətt üzərində artır. Buna nümunə olaraq aksiya iştirakçısı Cabbar Cabbarovun vəziyyətinin ağırlaşmasını misal göstərmək olar. Qan qusan siyası məhbus hal-hazırda Penitensiar Xidmətin Müalicə Mərkəzinə yerləşdirilib. Biz birlikdə bu məsələnin hüquqi həllini tapmasaq, digər şəxslər də eyni qorxunc nəticə ilə üzləşə bilər. Buna görə də sizlərə müraciət edib dəyirmi masa arxasında mövcud hadisənin həlli yollarını çözməyi təklif edirik," sənəddə qeyd edilir.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Bu zaman məhkəməni izləməyə gələn beş nəfər inanclı insan salxanılıb. Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib.

Müsəlman Birliyi Hərəkatının sərbəst buraxılan digər iki üzvündən biri Mail Kərimov deyib ki, onu məhkəmənin qarşısında saxlayıb, əvvəlcə Bakının Nəsimi rayon Polis İdarəsinin bölməsi, sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Kərimov həm yolda, həm də idarədə işgəncələrə məruz qaldığını bildirir.

Daxili İşlər Nazirliyi Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncəyə məruz qalması ilə bağlı iddialarını əsassız və yalan olduğunu bildirib.

"Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər" , - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.

Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Ləman Qasımova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol