• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən şagirdlər üçün təşkil edilən səfərlərlə bağlı MÜRACİƏT

DYP-dən şagirdlər üçün təşkil edilən səfərlərlə bağlı MÜRACİƏT
13.06.2022 20:06
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi şagirdlərin ekskursiyalarını və ya digər səfərlərini təşkil edən şəxslərə müraciət ünvanlayıb.

Qurum belə səfərlərlə bağlı tövsiyələrini açıqlayıb.

"Yay mövsümünün başlaması ilə əlaqədar məktəblilərin ekskursiyalara aparılması, yaxud sadəcə əyləncə məqsədi ilə istirahət zonalarına səfərlərin təşkil edilməsi hallarının sayı əhəmiyyətli dərəcədə artıb.

Lakin təəssüf ki, belə səfərlərin təşkilində yol hərəkətinin təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə əməl edilmir. Müntəzəm sərnişin daşımalarından fərqli olaraq, qeyri-müntəzəm daşımalarda gedişatlar şifahi sövdəşmələr əsasında həyata keçirilir ki, bu zaman avtobusun texniki sazlığı, sürücülərin nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, eləcə də onların peşəkarlıq və sağlamlıq vəziyyəti nəzərə alınmır.

Hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməyən istirahət zonalarında sifarişçinin istəyinə görə avtobusların dağlıq relyefli ərazilərdə, ensiz yollarda, sərt eniş və yoxuşlarda, eləcə də yolsuzluq şəraitində idarə edilməsi isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradır.

Daxili İşlər Nazirliyi mövcud vəziyyəti nəzərə alaraq, bu sahədə görülən işlərin effektivliyinin artırılması məqsədilə zəruri addımlar atıb.
Belə ki, daxili işlər orqanlarına şagirdlərin istirahət mərkəzlərinə aparılması ilə bağlı təhsil şöbələrindən müraciətlər daxil olduqda bu məqsədlə seçilən avtobusların texniki vəziyyətinin sazlığına, sərnişin tutumuna, onların sürücülərinin həmin nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olub-olmamasına və digər xüsusatlara diqqət edilməsi, eləcə də zərurət yarandıqda onların dövlət yol polisi əməkdaşları tərəfindən patrul avtomobilləri ilə ödənişsiz olaraq müşayiətinin həyata keçirilməsi nəzərdə tutulub", - DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol