Bakıda zəncirvari qəza baş verib - yaralanan var

Bakı-Sumqayıt yolunda, Beynəlxalq Avtovağzalın qarşısında zəncirvari avtomobil qəzası baş verib. Bu barədə Yol polisi məlumat verir.
"Mitsubishi” markalı avtomobilin qarşısına maneə çıxdığı üçün sürücü qəfil əyləcə basıb. Nəticədə eyni istiqamətdə hərəkət edən "Renault” , "BMW” , "Chevrolet” , və "Range Rover” markalı avtomobillər bir birinə çırpılıb.
Qəza nəticəsində "Chevrolet” markalı avtomobildəki qadın sərnişin xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























