• $
  • €
  • ₽
  • ₺
  • £

Beyin üçün faydalı qidalar

Beyin üçün faydalı qidalar
14.06.2022 07:37
Kifayət qədər su içmək, balıq, tərəvəz və göyərti yemək beyin sağlamlığı üçün vacibdir. Bunu Rusiyanın tanınmış diyetoloqu , tibb elmləri namizədi  Darya Rusakova ura.ru saytına  bildirib. 

Həkimin sözlərin görə,  ən vacib şey su içməkdir, çünki onun çatışmazlığı susuzluğa, qanın qatılaşmasına və bədəndə zəhərli maddələrin miqdarının  artmasına səbəb ola bilər. Bitki mənşəli çaylar, yemişan və ya zəncəfil dəmləməsi də beyin üçün faydalıdır. Bundan əlavə, həkim uzun illər sovet tibb məktəbinin ziyanlı adlandırdığı qəhvənin faydasını da xatırladıb.

"Kofein beyni aktivləşdirir, konsentrasiyanı artırır. Qəhvə Alzheimer xəstəliyinin inkişafının qarşısını alır", Rusakova bildirib. 

Rusakovaya görə, beynini sağlam saxlamaq istəyənlər mütləq  balıq yeməlidir - omeqa-3 və omeqa-6 beyin üçün çox faydalıdır. .

"Bu vitaminlərlə həmçinin soyuq sıxılmış zeytun və kətan yağları, həmçinin qoz, küncüt, lobya da zəngindir" ,  dietoloq qeyd edib. 

Onun sözlərinə görə, giləmeyvə, xüsusən də tünd rəngdə  olanlar beynin strukturunda yaşa bağlı dəyişikliklər prosesini ləngidən flavonoidlərin zəngin mənbəyidir, meyvələrdə isə antioksidantlar var.

Rusakova xatırladıb ki, karbohidratlar diqqətdən kənarda qalmamalıdır - onlar bədənə enerji verir və serotoninin sintezinə kömək edir. "Yaxşı" karbohidratlara misal olaraq, həkim tam taxıl və paxlalı bitkilərin adını çəkib. 

Tərəvəz və otlar beynin koordinasiyalı işi üçün də vacibdir - onların tərkibində hüceyrə ölümünü ləngidən maddələr var.

N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol