• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda orta ömür uzunluğu artıb

Azərbaycanda orta ömür uzunluğu artıb
22.04.2014 21:08
Azərbaycanda on il ərzində körpə ölümü göstəricisi 16,7 promillidən 10,8-ə, ana ölümü əmsalı 18,5-dən 14,5-ə enib.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Bərdədə keçirilən səyyar kollegiya iclasında çıxışı zamanı deyib ki, bu illər ərzində orta ömür uzunluğu artaraq 72,3 yaşdan 73,9 yaşa çatıb. Şöbə müdiri bildirib ki, 2003-cü illə müqayisədə 2014-cü ildə səhiyyəyə ayrılan büdcə vəsaitinin 11 dəfədən çox artması ölkədə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib: “2014-cü ildə səhiyyə sahəsinə Mingəçevirdə 8,5, Bərdədə 6,4, Ağdamda 5,7, Yevlaxda 4,3, Tərtərdə 2,6 milyon manat büdcə vəsaiti ayrılıb. 2013-cü ildə ölkəmizdə 81 tibb ocağında təmir-tikinti işləri aparılıb. “2014-2018-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram” na daxil edilməsi üçün Ağdam rayonunda 16, Bərdə rayonunda 6, Yevlax rayonunda 5, Tərtər rayonunda 10, Mingəçevir şəhərində isə 2 tibb müəssisəsinin təmiri və tikintisi məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən təkliflər hazırlanaraq İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilib”.
 
Nazirlik rəsmisi qeyd edib ki, dövlət başçısının tövsiyəsinə əsasən bu il fevralın 17-dən başlayan və may ayına qədər davam edəcək icbari dispanserizasiya tədbirləri nəticəsində indiyədək Ağdam rayonu üzrə 40600, Bərdə rayonunda 63199, Tərtər rayonunda 51938, Yevlax rayonunda 106803, Mingəçevir şəhərində 24484 nəfər tibbi müayinəyə cəlb olunub. Onun sözlərinə görə, müayinələr zamanı 5 rayon üzrə 30548 xəstə aşkarlanıb, müvafiq müayinə və müalicə tədbirləri həyata keçirilib.
ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol