• $
  • €
  • ₽
  • ₺
  • £

“Azad qadın” heykəlinin sökülmə iddialarına BŞİH-dən CAVAB

“Azad qadın” heykəlinin sökülmə iddialarına BŞİH-dən CAVAB
14.06.2022 10:50
Azərbaycanda dövlətin mühafizə etdiyi tarix-mədəniyyət abidəsi olan "Azad qadın” heykəli sökülmür, sadəcə təmir edilir. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcəkdir", - məlumatda deyilir.
 
"Azad qadın” heykəlinin ətrafının hasara alınması heykəlin də sökülməsi ilə bağlı söz-söhbətləri gündəmə gətirmişdi.
 
"Azad qadın" heykəlini Fuad Əbdürrəhmanov hazırlayıb, 1960-cı ildə Bakıda, Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. Heykəl, Cəfər Cabbarlının "Sevil” pyesindən ilhamlanılaraq hazırlanmışdır. Çadradan azad olma Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirakı təhsil alma və işləmə hüququnu ifadə edir 

"Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən, nədənsə kölgələrə ilişmiş qartal təsəvvür eləyirdim. O, çarpalanır və nəhayət ki, azadlığa çıxır. Bir saniyə də keçir və və o, yüksələrək günəşli səmaya can atır", - Fuad Əbdürrəhmanov deyib. 
 
Heykəlin prototipi Fuad Əbdürrəhmanovun həyat yoldaşı Xanım Əbdürrəhmanova (Rəhmanzadə) olub.

Ləman Qasımova

 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol