• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluqdan Leyla Yunusla bağlı açıqlama

Baş Prokurorluqdan Leyla Yunusla bağlı açıqlama
22.04.2014 20:46
Baş Prokurorluq Leyla Yunusla bağlı açıqlama verib.Jurnalist Rauf Mirqədirovun həbsindən sonra hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus açıqlama verib. O, R. Mirqədirovun SDİ xətti ilə Ermənistana səfər etməsini bildirib və bunda heç bir cinayət tərkibi olmadığını dilə gətirib. Belə olan halda Leyla Yunusun da istintaqa cəlb edilməsi ehtimalı yaranır.ANS PRESS-in verdiyi məlumata görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı modern.az-ın sorğusuna cavab verib. “Qeyd edilən cinayət işi üzrə istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğundan, eyni zamanda həmin informasiyalar istintaqa sirri təşkil etdiyindən sorğunuzun cavablandırılması cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir”, – deyə E. Sultanov bildirib. Qeyd edək ki, aprelin 19-da Türkiyədən deportasiya edilmiş “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, Azərbaycan vətəndaşı Rauf Mirqədirov casusluq və dövlət sirri təşkil edən məlumatı ötürməkdə ittiham olunur.Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. O, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. Jurnalistin vəkili Fuad Ağayev bildirib ki, R. Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı hərbi vəziyyət barədə Ermənistana məlumat ötürməkdə şübhəli bilinir. R. Mirqədirov hələlik ifadə verməkdən imtina edib.ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol