• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid övladları məzun oldu

Şəhid övladları məzun oldu
14.06.2022 11:29
Bu gün, iyunun 14-də İkinci Qarabağ Müharibəsində şəhid olan baş gizir Yasən Əhmədovun oğlu Yelmar Əhmədli, baş leytenant Mətləb Cəfərovun oğlu Hüseyn Cəfərov, baş gizir İntiqam Abbasovun oğlu Əli Abbasov məzun olur. Bu barədə "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov oktyabrın 9-da Talış döyüşləri zamanı ağır yaralanıb və 14 gün koma vəziyyətində qaldıqdan sonra oktyabrın 23-də şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamıları ilə baş gizir Yasən Əhmədov ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü”, "Suqovuşanın azad olunmasına görə” medalları və "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 



Baş leytenant Mətləb Cəfərov Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralansa da, 18 gün koma vəziyyətində qaldıqdan sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.

 

Prezident İlham Əliyevin müvafiq sərəncamıları ilə baş leytenant Mətləb Cəfərov ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baş gizir İntiqam Abbasov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə 29 sentyabr 2020-ci ildə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamıları ilə baş gizir İntiqam Abbasov "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol