• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərişıq" ASC-nin əməkdaşlarına cinayət işi açıldı

"Azərişıq" ASC-nin əməkdaşlarına cinayət işi açıldı
14.06.2022 12:35
"Azərişıq" ASC-nin iki əməkdaşına qarşı cinayət işi başlanıb. Bu barədə Ağcabədi rayon prokurorluğundan məlumat verilib.
 
"06.02.2022-ci il tarixdə Ağcabədi rayon sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. "Azərişıq” ASC-nin Aran Regional enerji təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsində işləyən Bəhrəm Quliyev qeyd edilən tarixdə saat 14 radələrində Şənlik kəndində yerləşən transformatorda baş vermiş qəza ilə əlaqədar xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, Ağcabədi Elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsində əvvəllər elektrik montyoru işləmiş Ehtiram Əmirova həmin transformatorun qoruyucularını təmir etməsini tapşırıb", - məlumatda yazılıb.

Əmirov təmir işlərinə başlamazdan əvvəl "Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin Ağcabədi yarımstansiyasının xidməti telefonuna zəng edərək növbətçi-dispetçer Dilqəm Məmmədova transformatoru elektrik xəttindən ayırmasını bildirdiyi halda sonuncunun səhvi nəticəsində elektrik cərəyanının ötürülməsi davam etdiyindən Ehtiram Əmirov naqillərə toxunduğu anda elektrik cərəyanının vurması nəticəsində ölüb.

Bəhrəm Quliyevə Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), Dilqəm Məmmədova isə həmin Məcəllənin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol