• $
  • €
  • ₽
  • ₺
  • £

RATİ-dən tələb - İlham Təhməzov azadlığa buraxılsın

RATİ-dən tələb -  İlham Təhməzov azadlığa buraxılsın
14.06.2022 15:13
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) hüquq müdafiəçisi İlham Təhməzovun (İlham Aslanoğlu) diffamasiya ittihamı ilə həbsini qınayır və onun dərhal azadlığa buraxılmasını tələb edir. Bu, təşkilatın bəyanatında öz əksini tapıb.

"RATİ Azərbaycan hakimiyyətini ölkədə jurnalistlərin və hüquq müdafiəçilərinin peşəkar fəaliyyəti üçün təhlükəsiz mühiti təmin etməyə və zəmanət verməyə, tənqidçilərə qarşı siyasi motivli təqibləri dayandırmağa, bütün vicdan məhbuslarını dərhal azadlığa buraxmağa və pozulmuş hüquqlarını tam bərpa etməyə çağırır. Son iki ilin monitorinqi göstərir ki, Azərbaycan hakimiyyəti həm jurnalistlərə, hüquq müdafiəçilərinə, həm də müxalif siyasi xadimlərinə qarşı diffamasiya ilə bağlı qısamüddətli həbslər taktikasından istifadə etməyə başlayıb", - bəyanatında yazılıb.
 
2022-ci il iyunun 9-da Yevlax Rayon Məhkəməsi İlham Təhməzovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilib və 6 ay müddətinə azadlıqdan məhrum edib. Hüquq müdafiəçisinin "AzerFreedom" yutub kanalına müsahibəsi zamanı 2017-ci ildə "Tərtər işi" çərçivəsində baş verən kütləvi işgəncələrlə bağlı səsləndirdiyi açıqlamalar cinayət təqibinə səbəb olduğu iddia edilir.
 
RATİ cari ilin mayın 13-də də bloger Eyvaz Yahyaoğlunun həbsinə görə Azərbaycan hakimiyyətini pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırıb. İnstut həmçinin Azərbaycan hakimiyyətini Avropa Şurasının üzvü olan ölkə kimi öhdəlikləri çərçivəsində Avropa İnsan Haqları Konvensiyasının bütün müddəalarına əməl etməyə, o cümlədən ölkədə məlumat azadlığını, mətbuat azadlığını və ifadə azadlığını tam və qüsursuz şəkildə təmin etməyi tələb edir. 

Müxtəlif vaxtlarda RATI Azərbaycan hakimiyyətini jurnalistlər Polad Aslanov, Əfqan Sadıqov, Bəhruz Əliyev, blogerlər Aslan Qurbanov, Elvin İsayev və Maqsud Mahmudovu, həmçinin siyasi mühacirətdə olan müstəqil jurnalist Sevinc Osmanqızına verdiyi müsahibəyə görə böhtan atmaqda təqsirli bilinərək həbs edilən müxalif ictimai xadim Əli Əliyevi dərhal həbsdən azad etməyə çağırıb.
 
RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür.

Ləman Qasımova

 

 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol