"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə dəyişiklik edib

Bakı metropoliteni iyunun 10-12-də paytaxtda təşkil edilmiş "Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər edib. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilir ki, bununla əlaqədar əlavə işçi qüvvəsi ayrılmaqla stansiyalarda növbətçilik təşkil edilib. Sərnişin axınının əsas istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarların xətlərə buraxılması diqqətdə saxlanılıb. Həftə ərzində sərnişinlərin Bakı metropolitenindən istifadəsində artım qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























