• $
  • €
  • ₽
  • ₺
  • £

Çimərliklərlə bağlı yeni qərar

Çimərliklərlə bağlı  yeni qərar
14.06.2022 16:12
2022-ci il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə 15 iyun 2022-ci ildən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində dəyişikliklər edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti  məlumat verib.
 
- 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Türkan” çimərliyinədək təşkil ediləcək;
 
- 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Buzovna” çimərliyinədək təşkil ediləcək; 
 
- 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Şüvəlan” çimərliyinədək təşkil ediləcək;
 
- 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Sea Breeze” istirahət mərkəzinədək təşkil ediləcək;
 
- 172 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Bilgəh” bağlarınadək təşkil ediləcək;
 
- 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Pirşağı” çimərliyinədək təşkil ediləcək;
 
- 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Zirə” çimərliyinədək təşkil ediləcək;
 
- 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Mərdəkan” çimərliyinədək təşkil  ediləcək.
 
Eyni zamanda yay mövsümündə vətəndaşların Koroğlu NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu)  ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspres marşrut xəttinin fəaliyyəti bərpa edilir.
 
Başlanğıc dayanacaq məntəqəsi "Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş tarifi 0,50 AZN müəyyən edilib.
 
M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin "Koroğlu” NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol