• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlar arasında “tər testi”nin nəticələri açıqlandı

Uşaqlar arasında “tər testi”nin nəticələri açıqlandı
14.06.2022 17:10
Kistoz fibroz xəstəliyinin erkən diaqnostikası məqsədilə 2021-ci ilin aprelindən 2022-ci ilin mayın sonunadək uşaqlar arasında 282 "tər testi” aparılıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.


"Tər testi”ndə iştirak edənlərin 46-sı 1 yaşa qədər olan körpələr, 123-ü 1-3 yaş arası, 53-ü 3-6 yaş arası, 60-ı isə 6 yaşdan yuxarı olan uşaqlardır. Müayinələr zamanı 27 nəfərin test nəticəsi müsbət, 49 nəfərinki şübhəli, 206 nəfərin test nəticəsi isə mənfi çıxıb. Kistik fibrozis diaqnozu təsdiqlənən uşaqlar Uşaq Klinik Xəstəxanasının Kistoz Fibroz Mərkəzində qeydiyyata alınır. Burada onlar qidalanma, fiziki inkişaf və tənəffüs göstəriciləri ilə bağlı həkim tərəfindən mütəmadi kontrol müayinələrə cəlb olunurlar. Hazırda Mərkəzdə kistoz fibroz diaqnozu təsdiqlənmiş 43 uşaq qeydiyyatdadır.

Hazırda "tər testi” TƏBİB-in tabeliyindəki Bakı şəhərində fəaliyyət göstərən Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Uşaq Klinik Xəstəxanasında aparılır. Kistoz fibroz - irsi yolla keçən və metabolizm prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu xəstəliyin körpənin həyatının ilkin dövründə müşahidə olunan əlamətlərinə yenidoğulmuşda uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya, öskürək, təngnəfəslik, pnevmoniya, dəridən duzlu dad gəlməsi, fiziki inkişafın ləngiməsi və s. aiddir. Xəstəliyin məktəbəqədər, məktəb yaşlı uşaqlarda və yeniyetmələrdə simptomları fərqli olur. Ailə üzvləri kistik fibrozis xəstəliyinin daşıyıcısı və ya onlarda bu xəstəliyin əlamətləri olduqda iki həftədən sonra yenidoğulmuşda "tər testi” aparılmalıdır. 
 
Tər Testi kistik fibrozisin kilinik diaqnozunun önəmli bir parametridir. Testin əsası tərdə elektrolit konsentrasiyasını ölçməyə söykənməkdədir. Tər testi tətbiq olunmağa başlamasından günümüzə qədər müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Daha əvvəlki tər toplama metodlarından fərqli olaraq klinikamızda həyata keçirilən tər testi analizi uşaqlarda heç bir ağrı hissi yaratmır.Əvvəlki tər toplama metodunda saatlarla vaxt itkisi olurdusa,mərkəzimizdəki alman istehsalı olan cihaz vasitəsi ilə müayinənin müddəti 15-20 dəqiqəyə aparılır.
 
Müayinənin əsas məqsədi uşağın inkişafdan qalma səbəbini təyin etmək və bədəndə çatışmayan elektrolit element olan NaCl-un miqdarını təyin etməkdir.Sağlam uşaqlarda NaCl-un konsentrasiyası tərdə 40 mmol/l-dən yuxarı olmur.Bəzi uşaqlarda isə heç 20mmol/l-ə çatmır.Əgər 40-60 mmoll arasındadırsa təkrar tər testinə ehtiyac var.Nəticə 60-dan yuxarıdırsa artıq uşağın müalicəyə ehtiyacı var.Bu test vasitəsilə mukovisidozu vaxtında aşkarlayıb müalicə etmək olar.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol