• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət imtahanı ilə bağlı tələbələr BDU-nun qarşısında aksiya keçirəcək

Dövlət imtahanı ilə bağlı tələbələr BDU-nun qarşısında aksiya keçirəcək
14.06.2022 17:43
Bir qrup tələbə Bakı Dövlət Universitetinin qarşısında iyunun 15-də etiraz aksiyası keçirmək istəyir. Bu barədə tələbələr "Facebook"-da paylaşım edib.
 
Tələbələr aksiyanı "Tələbə google deyil! Dövlət imtahanına yox!" şüarı altında təşkil etmək niyyətindədirlər. 

"17 iyun,15-00-da BDU-nun önündə ədalət tələb edək!!! Paylaşın və çəkinməyin! Biz gənclər dövlətə və dövlətçiliyə sadiq olduğumuzu Vətən Müharibəsində sübut etdik!", - paylaşımda qeyd olunub.
 
Bakalavr təhsili pilləsində təhsil alan  tələbələrinin diplom işi müdafiəsini ləğv edilməsi ilə bağlı tələbləri  artıq uzun müddətdir ki, gündəmdədir.
  
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə,  dövlət imtahanlarının təşkili uyğun normativ aktlarla tənzimlənir.

Onun sözlərinə görə, "Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilib.

"Bu sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin, yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir. Belə ki, hazırda da bu sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilib. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili QAYDALARI”nda da (bənd 2.13, 2.15, 2.16) qeyd olunub ki, "2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.” Eyni zamanda həmin sənədə əsasən "2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”, - o bildirib.
 
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, tələbələrin etiraz etməsinin bir sıra məntiqi əsasları var.
 
"Dövlət imtahanını məntiqsiz hesab edirəm. Dünyanın heç bir ölkəsində bu sistem yoxdur. Yalnız keçmiş MDB ölkələrində qalıb", - ekspert bildirib.
 
Kamran Əsədov onu da deyib ki, iki ildən sonra Azərbaycanda artıq dövlət imtahanları olmayacaq.
 
"İndi ikinci kursda oxuyanlar dördüncü kursa çatanda imtahan verməyəcək. Çünki yeni qaydalar belədir. Qarşıda bizi növbəti ildə sonuncu dövlət imtahanı gözləyir. Sonrakı illərdə dünya praktikası üzrə tələbələrə araşdırma mövzuları tapşırılacaq", - Əsədov vurğulayıb.  
 
Gülnar Nazimqızı


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol